Ballak: Azərbaycanla oyunda kapitan yenə mən olmalıyam
15.07.2010 - 12:20
Avro-2012-nin seçmə mərhələsi çərçivəsində ilk ev oyununu Azərbaycan yığması ilə keçirəcək Almaniya milli komandasında kapitanlıq problemi həll olunmur.
Apasport.az saytının məlumatına görə, mundialı zədə üzündən buraxmalı olan əsas kapitan Mihael Ballak sarğını geri qaytarmaq fikrindən əl çəkmir. Onun yoxluğunda DÇ-2010-da kapitanlıq “Bavariya”nın müdafiəçisi Filipp Lama verilib. Filipp də öz növbəsində sarğını Mihaelə vermək fikrində olmadığını açıq şəkildə bəyan edib.
Mövsüm bitəndən sonra “Çelsi”ni tərk edərək “Bayer”ə dönən, iki illik müqavilə bağlayan Ballak yığma karyerasını bitirmək fikrində olmadığını bildirib: “Hesab edirəm ki, mən əvvəlki tək Almaniya millisinin kapitanıyam. Əgər Filipp Lam başqa cür düşünürsə, bunu yığmanın baş məşqçisi ilə müzakirə etməlidir. O da son qərarı qəbul edəcək”.
Qeyd edək ki, Ballak ötən seçmə mərhələdə yığmamızla hər iki oyunda komandasını kapitan kimi meydana çıxarıb. Göründüyü kimi, 34 yaşlı yarımmüdafiəçi bu il sentyabrın 7-də millimizlə öz meydanlarında keçiriləcək görüşdə də bu funksiyanı yerinə yetirməyə iddialıdır.

0
0