“Portadaun” rəsmisi: Oyunun bir gün sonra keçirilməsinə də hazır idik
15.07.2010 - 13:27
Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində “Portadaun” klubu ilə qarşılaşacaq Ağdamın “Qarabağ” komandasının səfərlə bağlı problemlərlə üzləşməsi Şimali İrlandiyada da müzakirə olunub.
Apasport.az saytının məlumatına görə, irlandiyalı həmkarlarımız təmsilçimizin viza alması və təyyarənin Böyük Britaniyaya buraxılması ilə bağlı yaranan anlaşılmazlıqları işıqlandırıblar.
Şimali İrlandiya mətbuatına açıqlama verən “Portadaun” nümayəndələri hətta matçın təxirə salınmasına hazır olduqlarını bildirib: “Biz matçın axşam saat 9-a qədər təxirə salınmasına hazır idik. Hətta görüşün bir gün sonra, cümə günü keçirilməsini də mümkün sayırdıq. Xoşbəxtlikdən hər şey qaydasına düşdü”.
Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Şimali irlandiyalıların görüşün saat 9-da keçirilməsindən danışması isə qarşılaşmaya Bakı vaxtı ilə 01:00-da start verilməsi demək idi. Yəni britaniyalılar matçın 1 saat 15 dəqiqə, hətta 1 gün sonra oynanılması ilə də razı imiş.

0
0