Kevin Braniff: “Qarabağ”la oyunda üstünlüyümüz var
15.07.2010 - 14:05
“Biz artıq Şimali İrlandiya Liqası və “Portadaun” üçün tarix yazmışıq. Klubumuzun avrokuboklardakı 36 illik qələbə həsrətinə ötən həftə son qoymuşuq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Şimali İrlandiyanın “Portadaun” klubunun futbolçusu Kevin Braniff deyib.
27 yaşlı hücumçu Avropa Liqasının II təsnifat mərhələsinin Ağdamın “Qarabağ” klubu ilə ilk oyunu ərəfəsində matçla bağlı fikirlərini açıqlayıb: “Üçüncü mərhələdə potensial rəqib kimi “Yuventus” və “Liverpul” kimi nəhənglərin olması bizim üçün bir stimuldur. İndiyə qədər heç vaxt futbolçularımızı belə inamlı görməmişdim. Biz Latviyada “Skonto”nu məğlub etmişik və yenə uğur qazana bilərik”.
Şimali İrlandiya milli komandasının da şərəfini qoruyan Braniffin sözlərinə görə üstünlük məhz onların tərəfindədir: “Qarabağ” yaxşı komanda təsiri bağışlayır. Lakin matça yaxşı başlasaq, nəticə qazana bilərik. Bu qarşılaşmalarda bizim üstünlüyümüz var. Belə ki, cütün favoriti sayılan rəqibdən fərqli olaraq, bizə təzyiq yoxdur. Belə vəziyyətdə isə oynamaq daha asandır. Düşünürəm ki, bu oyunlarda da təəccübləndirə bilərik”.

0
0