“Portadaun” - “Qarabağ”: kimin “atlar”ı uzağa “qaçacaq”? - FOTO
15.07.2010 - 14:56
“Portadaun” - “Qarabağ”: kimin “atlar”ı uzağa “qaçacaq”? - FOTO
Bu gün Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları keçiriləcək. Azərbaycan çempionatının bürünc mükafatçısı olan Ağdamın “Qarabağ” klubu Şimali İrlandiya təmsilçisi “Portadaun”la görüşəcək.

Apasport.az saytının məlumatına görə, tarixlərində ilk dəfə üz-üzə gələn komandaları birləşdirən məqam var.

Maraqlıdır ki, bu oxşar cəhət hər iki tərəfin atlara sevgisi ilə bağlıdır. Həm Qarabağda, həm də Böyük Britaniyada bu heyvanlara münasibətin isti olmasından irəli gəlir ki, rəqiblərin hər ikisinin emblemində atlar əks olunub. “Qarabağ” və “Portadaun”un bir-birinə çox bənzəyən emblemlərində dayanan atların duruşu da, dairəvi fiqura söykənməsi də, həmin fiqurun üzərində tacın əks olunması da eynidir. Təbii ki, rəng seçimində, həmçinin loqonun ümumi formasında fərqlər var.

Bu gün ilk oyununa çıxacaq komandaların iki matçlıq mübarizəsini Qarabağ atlarının Britaniya atlarının rəqabətinə bənzəyir. Maraqlıdır, kimin atları uzağa, yəni növbəti mərhələyə “qaçacaq”?