Azərbaycanlı futbolçuların Superliqa yolunu dəyişdilər
15.07.2010 - 15:30
Azərbaycanlı futbolçuların Superliqa yolunu dəyişdilər
Türkiyə çempionatının formatında dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, Bank Asiya I Liqanın pley-off mərhələsinin sistemində yenilik edilməsi qərara alınıb. İlk 2 yeri tutan komandanın birbaşa Superliqaya vəsiqə qazanması, 3-cü vəsiqənin isə 3-6-cı yerlərin mübarizəsində müəyyənləşməsi prinsipi yenə saxlanılıb.

Lakin həmin 4 komandanın bir-biri ilə oyunları fərqli şəkildə olacaq. Mövsümü 3-cü yerdə bitirənin 6-cı, 4-cünün 5-ci yerlə dueli artıq bir deyil, evdə və səfərdə olmaqla iki matçdan ibarət olacaq. Həlledici final görüşü isə neytral meydanda təşkil ediləcək.

Qeyd edək ki, Azərbaycan milli komandasında oynamış futbolçulardan İlqar Qurbanov, Ernani Pereyra, Anatoli Ponomaryov, həmçinin digər həmyerlilərimiz Vitali Kovalyov, Rəhman Hacıyev Türkiyə çempionatının I dəstəsində çıxış edirlər.