Ernani Pereyra Necati Atəşin qarşısını aldı
15.07.2010 - 15:41
Azərbaycan yığmasının sabiq futbolçuları İlqar Qurbanovla Ernani Pereyranın üzvü olduğu Türkiyənin “Mersin İdman Yurdu” yeni mövsümə hazırlığını davam etdirir. Apasport.az saytının məlumatına görə, Bank Asiya birinci liqasının təmsilçisi Superliqada mübarizə aparan “Antalyaspor” klubu ilə yoxlama oyunu keçirib. 90 dəqiqə ərzində qapılara qol vurulmayıb.
Son mövsümü “Karvan”ın heyətində keçirən Pereyra oynadığı futbolla rəğbət qazanıb. Belə ki, müdafiənin mərkəzində inamlı təsir bağışlayan Braziliya əsilli oyunçu rəqibin heyətində yer alan, “Qalatasaray”da çıxışı ilə tanıdığımız təcrübəli hücumçu Necati Atəşə qol vurmağa imkan verməyib.

0
0