“Xəzər-Lənkəran”ın yerinə üzüldüm”
15.07.2010 - 16:03
Moskvanın “Spartak” klubunun sabiq baş məşqçisi Stanislav Çerçesovun apasport.az saytına eksklüziv müsahibəsi
- 2008-ci ilin avqustun 14-də Moskva “Spartak”ı ilə yollarınızı ayırandan sonra hələ də işsizsiniz. Sizi nə vaxt yeni iş başında görə biləcəyik?
- Tez-tez görüşlər olur, bir-birimizlə ünsiyyət qururuq. Ancaq konkret iş, bu və ya digər komandanın konkret məqsədi olmalıdır. Belə olarsa, bunu reallaşdırmaq lazımdır. Əgər hər şey konkretləşərsə, maraqlı təklif olacaqsa, mütləq işə başlayacağam.
- Son vaxtlar Azərbaycan klublarından sizə qeyri-rəsmi olsa da, təklif gəlib?
- Yox-yox. Məsələ ondadır ki, mən bu mövzuların yayılmasını heç sevən insan deyiləm. Əgər kiminlə hansısa məsələləri müzakirə ediriksə, bunu mətbuatın mövzusuna çıxarmağı xoşlamıram. Klublar özləri belə şeyləri rəsmən elan etməlidir.
- Uzun illərdir yaşadığınız Avstriyada həm yığmamızın, həm də klublarımızdan “Neftçi” ilə “Xəzər-Lənkəran”ın yoldaşlıq görüşlərini stadiondan izləmisiniz...
- Mən həmin dövrdə oradakı oyunları izləmək üçün məxsusən vaxt götürdüm. Dünya çempionatından əvvəl çox komandalar burada idi. Mundialın mükafatçıları olan İspaniya, Hollandiya və Yoahim Löv kimi yaxşı baş məşqçisi olan Almaniyanın keçirdiyi yoldaşlıq görüşlərinə baxdım. Habelə Serbiya yığmasının oyunu izlədim. Həmin dövrdə bilərəkdən bu görüşlərə çox vaxt ayırdım, maraqlı oyunlar izlədim, məsləhətləşmələrim oldu. Bir neçə seminara baş çəkdim. Çalışıram ki, vaxt itirməyim və Avropa, dünya futbolunda olan bütün yaxşı dəyişikliklərin hamısını bilim, hər şeydən xəbərdar olum. Azərbaycan yığması ilə yanaşı, “Neftçi” və “Xəzər-Lənkəran”ın oyunlarını izləmək imkanım oldu.
- Maraqlıdır, komandalarımızı oyunları sizdə hansı təəssürat oyatdı?
- Yəqin bu, elə vaxt deyil ki, yekun nəticə çıxarda biləsən. Hər halda, yeni mövsümün əvvəlidir, təlim-məşq toplanışıdır. Həmin vaxt komandalar yaxşı vəziyyətdə ola bilməzlər. Bu, obyektivdir. Yığmanızın oyununa gəlincə, mənə ötən il millinizdə işləməyin marağın olub-olmamaqla bağlı zəng edəndə demişdim ki, Azərbaycan futbolu anlamımda hücum futboludur və mövqeləri qırmaq çətindir. Mən bu sözlərimi indi də təsdiq edə bilərəm. Bu gün Azərbaycan yığması daha çox müdafiəyə meylli oynayır, nəinki komandalarının adət etdiyi hücum futbolunu. Yığmanızın obyektiv mənzərəsini yalnız qarşıdakı Avropa çempionatının seçmə mərhələ oyunları yaradacaq.
- Bəs klublarımızdan - “Neftçi” və “Xəzər-Lənkəran”dan hansının oyunu daha çox xoşunuza gəldi?
- Prinsipcə onların rəqibləri kifayət qədər ciddi idi. “Xəzər-Lənkəran” Donetsk “Şaxtyor”u, “Neftçi” Türkiyənin “Beşiktaş” klubu ilə oynayırdı. Bu mənada müqayisə aparmaq çətindir. Komandalarınız az-çox eyni səviyyədə olsa da, hər halda, “Neftçi” mənə daha gümrah görünürdü.
- Futbolçularımızdan hansısa oyunu ilə diqqətiniz cəlb etdi? Heç olmasa nömrələrindən xatırlayırsınız?
- Əlbəttə, futbolçulara diqqət yetirirsən. Baxırsan ki, kim harada necə oynayır. Ancaq avstriyalılar da məndən hansısa futbolçunuz haqda soruşmayıb.
- “Xəzər-Lənkəran” klubu Avroliqada Moldovanın “Olimpiya” klubunu uduzdu. Avstriyada oyununu gördüyünüz təmsilçimizin Moldovanın adi bir komandasını keçə bilməyəcəyini gözləyərdiniz?
- Mən bu komandalar arasında keçirilən oyunların heç birini görməmişəm. Ona görə də nəsə demək çətindir. Əlbəttə, hər komanda qalib gəlmək istəyir. Lənkəranlı azarkeşlər bu mənada istisna deyil. Ancaq futbolda hər şey ola bilər və “Xəzər-Lənkəran”ın yerinə üzüldüyümü deyə bilərəm. Komandanıza tövsiyə edərdim ki, ruhdan düşməsinlər və düzgün istiqamətdə irəliləməkdə davam etsinlər. Ona görə ki, Lənkəranda futbol infrastrukturu var və bir uğursuzluqla yaxşı şeylərin hamısının üstündən xətt çəkməz olmaz. Məsələ ondadır ki, “Xəzər-Lənkəran”ın Avstriyada rəqibi ciddi idi və belə başa düşdüm ki, “Şaxtyor”la həmin oyunda bir neçə yeni futbolçulara baxırdılar. Belədir?
- Doğrudur.
- Görürsünüz, yaxşı məlumatlıyam. Belə oyunla komandanın nə dərəcədə hazır, nəyə iddialı olduğunu demək çətindir. Çünki əsas heyət yoxdur və yeni gələnlər yoxlanılır. Ən əsası, bu oyun təlim-məşq toplanışı vaxtı keçirilir və komandanın böyük ölçüdə hazırlığına qiymət vermək çətindir. Moldovanın “Olimpiya” klubunu isə ümumiyyətlə, tanımıram və onlar haqda nəsə deməkdə çətinlik çəkirəm.
- “Xəzər-Lənkəran”ın “Olimpiya”ya yenildiyi oyundan sonra baş məşqçisi Ağasəlim Mircavadov istefa verdi. Maraqlıdır, bunu bilirsiniz?
- Eşitdim ki, o, istefa verdi. Ancaq mən belə şeylərlə dərindən maraqlanmıram və şərh verə bilmərəm.
- “Xəzər-Lənkəran” hazırda baş məşqçi axtarışındadır. Namizədlər arasında Rusiyadan da var. Təsadüfən klub rəhbərliyi sizinlə əlaqə saxlayıb, bu variantla bağlı fikir mübadiləsi aparmayıb?
- Yox. Birincisi, mənimlə heç kim əlaqə saxlamayıb. İkincisi, dediyim kimi, belə mövzuların mətbuatda yayılmasını sevmirəm. İki gün sonra işlərimlə əlaqədar Moskvaya uçub orda olacağam.
- “Xəzər-Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirovla Avstriyada “Şaxtyor”la oyunu bir yerdə izləmişdiniz...
- Biz onunla Ponomaryovun ad günündə də görüşmüşdük. Cavan, dinamik, müasir düşüncəli rəhbər şəxsdir. Avstriyada “Neftçi”nin vitse-prezidenti ilə də ünsiyyət qurmuşdum.
- Nadirovla həmin görüşünüz zamanı gələcək əməkdaşlıq məsələsinə toxunmuşdunuz?
- Belə bir şey olmayıb. Mən bu məsələ ilə bağlı mövqeyimi bildirdim.
- Əgər “Xəzər-Lənkəran”dan təklif gələrsə, heç olmasa bunu nəzərdən keçirməyə hazırsınız?
- Bilirsiniz, mən ehtimalları deyə bilmərəm, bu haqda danışmağı da sevmirəm. Təklif olarsa, buna baxacağıq. Ancaq bu gün belə bir şey yoxdur. Yenə deyirəm ki, mənə heç kim müraciət etməyib və bu mövzu ilə bağlı danışa bilmərəm.
- Hər halda, sizin kimi tanınmış mütəxəssis işsiz qalmamalıdır. Üstəlik, “Xəzər-Lənkəran”ın rəhbərliyi ilə tanışsınız, klub yaxşı maliyyə imkanlarına və ən əsası, infrastruktura malikdir. Belə olan halda, Lənkəran təmsilçisindən təklif gözləyirsiniz?
- Son vaxtlar çox yerləri gəzirəm, insanlarla ünsiyyət qururam. Mən hadisələri qabaqlamağı sevmirəm. Hər şey təbii olmalıdır. Hər şeyin öz vaxtı var. Bəli, artıq işləməyimin vaxtıdır. Çünki iki illik fasilə yetərlidir. Daimi oynadığım, sonradan işlədiyim vaxt yığılıb qalan şəxsi məsələlərin hamısını yoluna qoymuşum. Artıq mən tam sərbəst insanam və təkliflərə baxa bilərəm.
Mehman SÜLEYMANOV

0
0