Yığmamızın futbolçusu iranlılarla görüşdü
15.07.2010 - 16:27
Yığmamızın futbolçusu iranlılarla görüşdü
Azərbaycan milli komandasının futbolçusu Branimir Subaşiç çıxış etdiyi “Srvena Zvezda” klubunun heyətində növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, yeni mövsümə hazırlığı davam etdirən Serbiya təmsilçisi İran milli komandası ilə qarşılaşıb. Sloveniyada baş tutan matçda qalib müəyyənləşməyib – 1:1.

Görüşdəki qollar matçın ilk yarısında vurulub. Hesabı “Srvena Zvezda” klubu açsa da, iranlılar cəmi 4 dəqiqə sonra hesabı bərabərləşdiriblər. Branimir bu matçın start heyətində yer almasa da, sonradan meydana daxil olub. 28 yaşlı hücumçumuz fasilədə Yevtiçi əvəzləyib.