“Xəzər-Lənkəran” klubunun yeni baş məşqçisi rumıniyalı oldu
15.07.2010 - 17:15
“Xəzər-Lənkəran” klubunun yeni baş məşqçisinin adı rəsmən açıqlanıb. Apasport.az saytının məlumatına görə, Lənkəran təmsilçisi rumıniyalı mütəxəssis Mirça Rednikə tapşırılıb. Həm Rumıniya, həm də Belçika vətəndaşı olan 48 yaşlı çalışdırıcı ilə bu gün Türkiyənin İstanbul şəhərində rəsmi müqavilə imzalanıb. Anlaşmanın müddəti iki illikdir.
21 illik (1979-2000, 555 oyun, 32 qol) futbol karyerası boyu müdafiəçi mövqeyində çıxış edən Rednik vətənində Buxarestin “Dinamo”, “Rapid”, Türkiyədə “Bursaspor”, Belçikada “Standard” kimi klublarda oynayıb. O, bu müddətdə Rumıniyada 3 dəfə ölkə çempionluğu, 4 dəfə ölkə kuboku, 1 dəfə Superkubok, 1 dəfə isə Belçikada ölkə kubokunu qazanıb. Rednik Rumıniya yığmasında çıxış etdiyi 10 ildə (1981-1991) 83 oyuna 2 qol vurub.
Məşqçilik karyerasına 2000-ci ildə “Rapid”də başlayan Rednik 3 müxtəlif vaxtda (2002, 2002-2003, 2007-08) onu çalışdırıb. O, vətənində “Bakeu” (2001), “Universitatya” (2004-05), “Vasluy” (2005), “Dinamo” klubuna (2006-07, 2008-09) da rəhbərlik edib. Rednikin ölkə xaricində məşqçilik fəaliyyəti Səudiyyə Ərəbistanın “Əl-Nəsr” (2004), Rusiyanın “Alaniya” klubu (2009) ilə bağlı olub. Son iş yeri Rusiya çempionatının birinci divizionunda Vladiqafqaz təmsilçisində olan rumıniyalı çəmi üç ay (avqustdan noyabra kimi) işləyib. Rednik məşqçi kimi hərəyə iki dəfə Rumıniya çempionluğu və kuboku, üç dəfə ölkə Superkubokunu, habelə Dəməşq Beynəlxalq Kubokunu qazanıb.

0
0