İsti Şükürovun komandasının planını pozdu
15.07.2010 - 18:00
Azərbaycan milli komandasının futbolçusu Mahir Şükürovun çıxış etdiyi Mahaçqalanın “Anji” klubunun planları dəyişib. Apasport.az saytının məlumatına görə, buna matçın başlama saatının dəyişməsi səbəb olub. Belə ki, Rusiya Futbol Premyer Liqası “Anji”nin iyulun 18-də “Tom”la keçiriləcək səfər qarşılaşmasının gec başlamağına qərar verib.
XIII turun Bakı vaxtı ilə saat 15:15-də başlayacaq görüşünün start fiti 17:00-da veriləcək. Bu qərara hava şəraiti səbəb olub. Matçın 1 saat 45 dəqiqə gec başlaması isə uzaq səfərdən qayıdacaq “Anji”nin planlarına təsir edib.

0
0