“Qalatasaray”ın əfsanəvi qapıçısı həbs edildi!
15.07.2010 - 17:33
“Qalatasaray”ın əfsanəvi qapıçısı həbs edildi!
1986-1990-cı illər arasında Türkiyənin “Qalatasaray” klubunun qapısını qoruyan və böyük uğurlara imza ataraq əfsanələşən Zoran Simovic həbs edilib. Lent.az-ın Türkiyənin “Vətən” qəzetinə istinadən verdiyi məlumata görə, Serbiya məhkəməsi sənəd saxtalaşdırdığına görə, 56 yaşlı Zoran Simoviç haqqında həbs cəzası çıxarıb.

Serbiya Daxili İşlər Nazirliyi tərəfindən şəhər planlaşdırması və inşaat sahəsində korrupsiya ilə mübarizə sahəsində aparılan istintaq zamanı “Qalatasaray”ın keçmiş qapıçısının 6,5 milyon dollar əlavə gəlir əldə etdiyi məlum olub.

Serbiya məhkəməsinin qərarı Zoran Simoviçin vətəni Çernoqoriyada və yaşadığı Bivolje şəhərində böyük şok yaradıb. Qonşuları məsələdə bir yanlışlıq olduğuna inanırlar.