Millimiz 1/8 finalda dayandı
15.07.2010 - 19:39
Azərbaycan milli komandası çimərlik futbolu üzrə dünya çempionatının seçmə mərhələsində çıxışlarını başa vurub. Apasport.az saytının məlumatına görə, Emil Cabbarovun yetirmələri İtaliyanın Bibiano şəhərində təşkil olunmuş yarışda mübarizəni 1/8 finalda dayandırıblar.
Millimiz bu gün keçirilən son matçında Portuqaliya yığması ilə görüşüb. Pireneylilər bu oyunda 5:2 hesabı ilə qalib gəlib. Komandamızın qollarını Hikmət Bağırov və Müslüm Hüseynov fərqləniblər.
Millimiz bu gün keçirilən son matçında Portuqaliya yığması ilə görüşüb. Pireneylilər bu oyunda 5:2 hesabı ilə qalib gəlib. Komandamızın qollarını Hikmət Bağırov və Müslüm Hüseynov fərqləniblər.
0
0