“Bakı” əzmkar qələbəylə başladı, “Qarabağ” da geri qalmadı
16.07.2010 - 00:38
“Bakı” əzmkar qələbəylə başladı, “Qarabağ” da geri qalmadı
Avropa Liqasında II təsnifat mərhələsinin startı verilib. Apasport.az saytının məlumatına görə, futbolsevərlərimiz diqqəti ölkəmizin bu turnirdə təmsilçiləri olan “Bakı” ilə “Qarabağ”a yönəlib.

Ölkə kubokunun qalibi olduğundan mübarizəyə birbaşa bu mərhələdən başlayan “Bakı” yeni baş məşqçisi Vinfred Şaferin rəhbərliyi altında rəsmi debüt edib. Almaniyalı mütəxəssisin ilk ciddi sınağı Çernoqoriyanın gümüş medalçısı “Buduçnost” klubu ilə Tofiq Bəhramov adına Respublika stadionundakı görüşdə olub. Oyuna Almaniyada hazırlaşan, heyətini xeyli gücləndirən, yeniləşən “Bakı”nın evdə qələbə qazanacağına inam böyük idi ki, təmsilçimiz də bu ümidləri doğruldub. Cütün taleyini ilk oyunda böyük ölçüdə həll etməyə çalışan Şaferin əzmkarlıqla çətin qələbə qazanıblar – 2:1.

“Qarabağ”ın da işi bir qədər çətin olub. Ona görə yox ki, rəqib olan Şimali İrlandiyanın “Portadaun” klubu güclüdür. Əsas məsələ “Qarabağ”ın əvvəl viza, daha sonra nəqliyyat problemi ilə əlaqədar səfərə yubanaraq çıxmasıdır. Şimali İrlandiyaya matçdan 19 saat əvvəl çatan Ağdam klubunun orada məşq və istirahətə vaxtı qalmamışdı. Buna baxmayaraq ilk yarıda qol buraxan təmsilçimiz fasilədən sonra 2 qol vuraraq əzmkar qələbəyə sevinib.

Avroliqa, II təsnifat mərhələsi
İlk oyun


15 iyul
21:00. “BAKI” (AZƏRBAYCAN) – “BUDUÇNOST” (ÇERNOQORİYA) - 2:1

Baş hakim: Avqustus Viorel Konstantin (Rumıniya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
QOLLAR: Beçiray, 38, Kaykut, 77, Jaba. 90+3
BAKI: 23. Xalidu Sissoko (k), 2. Saşa Kaykut, 4. Vadim Borets, 6. Dare Nibombe, 8. Ernad Skuliç, 10. Joel Epalle, 20. Fabio Luis Ramim, 30. İbrahim Karqbo, 32. Aleksey Savinov, 77. Aleksandar Şoliç (25. Anqulo Cefferson, 54), 85. Jaba

BUDUÇNOST: 1. Miloş Draqoyeviç, 2. Corce dikanoviç, 6. Drajen Aykoviç, 8. Ardian Dyokaj, 10. Nenad Brnoviç, 17. Slobodan Maziç, 22. Yovan Nikoliç (15. Petar Vukçeviç, 83), 24. İvan Vukoviç (k), 25. Fatoş Beçiray, 26. Radivoye Qoluboviç (20. Draqan Boskoviç, 81), 31.Qoran Adamoviç

SARI VƏRƏQƏLƏR: Nikoliç, 8, Dyokaj, 59, Nibombe, 65, Jaba, 90+3

Oyun başladı
1. Brnoviç Epallenin qarşısını qayda pozuntusu hesabına aldı.
2. Qapıya ilk zərbə Fabio Luis Ramimdən gəldi.
4. Epalleyə qarşı növbəti kobudluq. By dəfə Nikoliç “fərqləndi“.
6. Artıq oyunda ilk sarı vərəqə var. Nikoliç əllə oyuna görə cəzalandı.
8. Jabanın cərimə zərbəsində dəqiqlik çatmadı.
10. Bakılıların üstünlüyü dəqiqə-dəqiqə artır. Fabionun fəallığı onun ötürməsindən sonra Boretsin güclü zərbəsi ilə nəticələndi. Qapıçı topu çıxara bildi.
11. Künc zərbəsindən sonra Şoliçin baş zərbəsi təhlükəli oldu.
12. Qonaqların ilk təhlükəli hücumu Sissokonun oyuna daxil olması ilə başa çatdı. Heyətə qayıdan seneqallı Fatoşun zərbəsini dəf etdi.
12. Növbəti təhlükənin yaranmamağına Nibombe imkan vermədi.
14. Adamoviçin zərbəsi qapıdan yuxarı keçdi.
16. Fabionun zərbəsi çernoqoriyalılara gərginlik yaşatdı.
18. Şoliçin zərbəsi müdafiəçidən döndü. Təkrar zərbəni vuran Fabio çərçivəyə düşmədi.
20. Kaykutun zərbəsi qapıdan yan keçir.
20. Maziç Şoliçə qarşı kobudluq etdi.
21. Növbəti qayda pozuntusu Nikoliçdən gəldi.
22. Bakılılar da qaydanı pozdu. Ramim Brnoviçlə mübarizədə qaydalar çərçivəsindən çıxdı.
24. Jaba qol imkanını qaçırdı. Çərçivəni dəqiq nişan alan braziliyalı qapıçını da nişan aldı. Top düz onun üstünə getdi.
25. Epalle də qayda pozmağa vadar olur.
27. Epalle qola çox yaxın idi. Lakin onun təhlükəli zərbəsindən sonra qapıçı topu küncə çıxardı.
28. Künc zərbəsində isə bir nəticə hasil olmadı.
33. Meydan sahiblərinin aramsız hücumları bir nəticə vermir. Kaykutun güclü zərbəsində qapıçı da aciz idi. Qonaqları qapı tiri xilas etdi.
34. Çernoqoriyalıların əks-hücumu isə təhlükə ilə nəticələnmədi.
38. Qonaqların nadir hücumu qolla nəticələnir. Fatoş Beçiray Sissoko ilə təkbətəkdən qalib ayrıldı - 0:1.
39. Artıq şəhərimizə yağan yağış da güclənir. Yaş meydanda ustalıq göstərmək də get-gedə çətinləşir.
41. Bakılıların hücumları davam etsə də rəqib qapısında ciddi təhlükə yarada bilmirlər.
42. Brnoviç Jabaya qarşı kobud oynayır.
Hakim birinci hissəni bitirir. Təmsilçimizin məğlubiyyətdən yaxa qurtarması üçün cəmi 45 dəqiqə vaxtı qalır.

İkinci hissə başladı.
47. Şoliçin daha bir zərbəsi qeyri-dəqiq oldu.
50. Daha bir zərbə isə bakılılara künc zərbəsi qazandırır. Zərbənin müəllifi Kaykut idi.
51. Künc zərbəsindən sonra Epalle ötürmə edir. Skuliçin zərbəsi qolla nəticələnməli idi. Qapıçının da acız qaldığı vəziyyətdə müdafiəçi topu boş qapıdan çıxardı.
53. Meydan sahiblərinin bəxti gətirdi. Rəqib komanda əlverişli qol imkanından yararlanmadı. Qoluboviç şansı boşa verdi.
54. Oyunda ilk əvəzetmə. Şoliçi Cefferson əvəzlədi.
55. Kolumbiyalı elə ilk cəhddə hesabda tarazlıq yaratmağa yaxın olsa da bəxtsizliklə üzləşir.
59. Qonaqlar daha bir sarı vərəqə aldı. Bu dəfə Dyokaj cəzalandı.
64. Yağış gücləndikcə bakılıların hücumlarının kəsəri azalır. Üstəlik futbolçuların tələskənliyi də əsəb gərginliyinə səbəb olur.
65. Ardıcıl qayda pozuntularına yol verən Şaferin komandasında da ilk sarı vərəqə. Nibombe cəzalandı.
68. Jabanın təhlükəli zərbəsi dəqiq olmadı.
72. Beçiray qol vurmağa yaxın idi.
74. Jabanın təhlükəli zərbəsindən sonra mərminin qarşısını Draqoyeviç aldı.
77. Boretsin künc zərbəsi. Epallenin qapı ağzına ötürməsindən sonra QOLLLLLLL
77. Kaykut baş zərbəsi ilə qol vurdu - 1:1. O, qol hesabını elə debüt matçında açdı.
79. Bosniyalının qolundan sonra həm azarkeşlər, həm də meydan sahibləri fəallığı artırdı.
80. Qonaq komandada Qoluboviçi Boskoviç əvəzlədi.
82. Jabanin cərimə zərbəsi təhlükəli alındı.
83. Nikoliç yerini Vukçeviçə verdi.
85. Fabioya qarşı qayda pozuntusu, təhlükəli cərimə zərbəsi.
86. Fabionun zərbəsi isə rəqib oyunçuya dəyib meydanı tərk etdi.
Hakim oyuna 4 dəqiqə əlavə etdi.
90+3. Jabanın oyun boyu göstərdiyi canfəşanlıq nəticəsini verdi. Onun cərimə zərbəsi Şaferin debütünü qələbəyə çevirdi - 2:1.
Əzmkar qələbənin memarı sevincini çılğın şəkildə biruzə verdiyi üçün sarı vərəqəylə cəzalandı.
Oyun başa çatdı.

23:45. “PORTADAUN” (ŞİMALİ İRLANDİYA) – “QARABAĞ” (AZƏRBAYCAN) - 1:2
QOLLAR: Lekki, 29, İsmayılov, 67, 86
Baş hakim: Oliver Draxta (Avstriya)
Portadaun. “Şamrok Park” stadionu
PORTADAUN: 1. David Miskelli, 3. Ross Redman, 4. Keyt O’Hara (k), 5. Kristofer Ramsey, 6. Darren Kelli, 7. Uesli Boyl, 10. Kevin Braniff (15. Aaron Hayre, 80), 11. Timoti Monsey, 12. Alan Tiqqart, 18. Riçard Lekki, 22. neyl Makkaferti

QARABAĞ: 1. Fərhad Vəliyev (k), 2. Qara Qarayev, 4. Zaur Həşimov, 5. Maksim Medvedev, 6. Rəşad Sadiqov, 9. Elvin Məmmədov (8. Aslan Kərimov, 77), 10. Emin imaməliyev (11. Rauf Əliyev, 46), 13. Samir Abbasov, 14. Rəşad Sadıqov, 22. Əfran İsmatılov, 77. Georgi Adamiya (17. Vüqar Nadirov, 82)

SARI VƏRƏQƏLƏR: Lekki, 30, Makkaferti, 80