Rəqib etirafı: “Bakı” qrup mərhələsində oynamağa layiqdir
15.07.2010 - 23:34
“Bakı” layiqli qələbə qazandı. Mənə elə gəlir ki, onlar karyeralarında ən yaxşı oyunlarını keçirdilər”. Apasport.az saytının məlumatına görə, bu sözləri Çernoqoriyanın “Buduçnost” klubunun baş məşqçisi Nikola Rakoyeviç deyib.
O, Avropa Liqasının ikinci təsnifat mərhələsində “Bakı”yla qarşılaşmasından sonra matçın nəticəsinin ədalətli olduğunu bildirib: “Hesabı açsaq da üstünlüyümüzü qoruyub saxlaya bilmədik. Çünki “Bakı” çox güclü rəqibdir. Səviyyəli oyunçuları var”.
Rakoyeviç qələbəni əldən verdiklərinə də üzüldüyünü açıqlayıb: “Hesabı saxlasaydıq, evdə işimiz daha asan olacaqdı. Amma təəssüf ki, bunun öhdəsindən gələ bilmədik. Hər halda, hər şeyə cavab oyununda aydınlıq gələcək. Bugünkü məğlubiyyətimizdə avrokuboklara rəqibdən fərqli lazımı hazırlıq keçə bilməməyimizin də böyük rolu oldu. Cəmi 13 məşqə çıxmışdıq”.
Çernoqoriyalıların baş məşqçisi 1:2 hesablı məğlubiyyətin əvəzini çıxmaq şanslarını minimama bərabər sayır: “Bakı” bu gün uduzsaydı da, səfərdə də bu oyunu göstərəcəkdi. Rəqibimizin bu heyətlə, belə oyunla hətta Avropa Liqasının qrup mərhələsində oynamağa layiq olduğunu da etiraf etməliyəm. Növbəti mərhələyə yüksəlmək şansımız az olsa da, işimizin çətin olacağını bilirəm”.

0
0