Zeynal Məmmədov: “Buduçnost”un bəxti gətirdi, hesab 5:1 olmalı idi
16.07.2010 - 09:39
“Komandamız “Buduçnost”la görüşdə çox yaxşı oyun göstərdi. “Bakı” qələbəyə layiq idi”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun baş meneceri Zeynal Məmmədov deyib. Avroliqada mübarizəyə II təsnifat mərhələsindən başlayan son ölkə kubokunun Çernoqoriyanın “Buduçnost” klubu ilə ilk oyunu evdə keçirdi. Almaniyalı mütəxəssis Vinfred Şafer “Bakı”nın baş məşqçi postunda rəsmi debütünü baxımlı oyun və əzmkar qələbə (2:1) ilə qeyd etdi. Yeni mövsümdə komandasının ilk oyunundan razı qalan Məmmədov nəticənin əslində başqa cür olmalı olduğunu düşünür: “Oyunda çoxlu qol imkanlarımız oldu. Ancaq bunların əksərində top qapıdan keçmirdi. Həmin epizodlarda rəqibin aşkar bəxti gətirdi. Əslində qol vəziyyətlərimizə görə hesab 2:1 yox, ən azı 5:1 olmalı idi. Hər halda, oyunun sonunda vurduğumuz iki qolla layiq olduğumuz qələbəni qazana bildik. Bu, yeni mövsümdə ilk oyunumuzdur. Yeni futbolçularımızın komandaya tam uyğunlaşması üçün vaxt lazımdır. İnşallah, həmin vaxt bundan da yaxşı oyun göstərəcəyik. İnanıram ki, belə gözəl oyunla səfərdə də istənilən nəticəni qazanıb, mərhələ keçəcəyik”.
Qeyd edək ki, “Buduçnost” - “Bakı” oyunu iyulun 22-də Podqoritsa şəhərində keçiriləcək.
Qeyd edək ki, “Buduçnost” - “Bakı” oyunu iyulun 22-də Podqoritsa şəhərində keçiriləcək.
0
0