Əfran İsmayılov: Stadionu ingilis azarkeşlərin alqışları ilə tərk etdik
16.07.2010 - 10:02
Azərbaycan milli komandasının və Ağdamın “Qarabağ” klubunun futbolçusu Əfran İsmayılovun apasport.az saytına müsahibəsi
- “Qarabağ” hesabda geri olmasına baxmayaraq, iki vacib qol vuraraq komandanıza vacib qələbə qazandırdınız. İlkin təəssüratlarınızı bilmək maraq olardı...
- Sevincimin həddi-hüdudu yoxdur. Komandamız məğlub olduğu halda, 2 qol vuraraq qələbə qazandıq. Bu qələbə bizim üçün çox vacib idi. Baş məşqçimiz Qurban Qurbanov oyundan əvvəl demişdi ki, Bakıdakı işimizi asanlaşdırmaq üçün nə olursa-olsun, buradan qələbə ilə ayrılmalıyıq. “Portadaun” yaxşı komandadır, sürətli oyuna üstünlük verirlər. Bizi Bakıda daha ciddi sınaq gözləyir. Cavab qarşılaşmasına ciddi hazırlaşmalıyıq.
- Qol vuracağınızı gözləyirdinizmi?
- Çalışırdım ki, qol vurum. Mənim və ya başqasının qol vurmasının elə bir əhəmiyyəti yoxdur. Əsas odur ki, komandamız qələbə qazansın. Bilirsiniz, biz kollektiv oyuna üstünlük veririk. Oyun ərzində imkan oldu və mən də iki dəfə fərqləndim. Komandamın qələbə qazanması, mənim də qol vurmağım sevincimi daha da artırdı.
- Oyun necə keçdi? Hansı komanda daha üstün futbol nümayiş etdirdi?
- Nə yalan deyim, oyuna nəzarət edən tərəf biz idik. İlk hissə bizim diktəmiz altında keçdi. Rəqib ilk 45 dəqiqədə cəmi bir dəfə əks hücum təşkil etdi, ondan da maksimum yararlandı.
- Sirr deyilsə, Qurban müəllim fasilədə sizə nə tapşırıq verdi?
- Dediyim kimi, oyuna nəzarət edən tərəf biz idik. Qurban müəllim fasilədə hücum xəttində fəallığımızı artırmağı tapşırdı. Sevindirici haldır ki, verilən tapşırığı yerinə yetirib 2 qol vurduq.
- Oyuna maraq necə idi?
- Səviyyəli azarkeşləri var idi. Oyun boyu komandaları dəstəklədilər. Qələbə qazanmağımız münasibətilə bizi təbrik etdilər. Stadionu onların alqışları ilə tərk etdik. Bizi ayaq üstə alqışlayırdılar. İngilis azarkeşlər haqda əlavə nəsə deməyə ehtiyac yoxdur.
- Şimali İrlandiyaya - Portadauna yollanarkən böyük problemlə üzləşdiniz. Əvvəlcə viza məsələsi, daha sonra İngiltərə hava məkanından keçidinizə imkan vermədi. Bütün bunlar sizə necə təsir etdi?
- Bəli, problemli və uzun yol qət etdik. Nəzərə almaq lazımdır ki, kifayət qədər yorğun idik. Səhər saat 5-də buraya gəlib, axşam 9-da oyuna çıxmışıq. Ancaq bütün bu süni əngəllərə baxmayaraq, meydana çıxıb nəyə qadir olduğumuzu nümayiş etdirib qalib gəldik.
- Hadisələrin bu cür cərəyan etməsi düşünmürsünüz ki, sizin oyuna daha yaxşı köklənməyinizə səbəb oldu?
- Düzdür, bu hadisələr psixoloji cəhətdən təsir etsə də, sağ olsun Qurban müəllim, bizi çox yaxşı motivasiya etdi, oyuna köklədi. Oyun öncəsi iclasımız belə olmadı. Bura gələndən sonra yatdıq, sonra durub futbolumuzu oynadıq. Məhz Qurban müəllimin bizi oyuna yaxşı kökləməsi qələbədə əsas rol oynadı. Yəni bizi elə motivasiya etmişdi ki, yorğunluğun nə olduğunu bilmirdik. Meydanın hər qarışı uğrunda mübarizə aparırdıq.
- Təmsilçimiz səfərdə vacib qələbə qazanaraq cavab qarşılaşması üçün böyük üstünlük əldə etdi. “Qarabağ”ın ilk oyundan sonra mərhələ keçmək şansının necə faiz olduğunu düşünürsünüz?
- Cavab qarşılaşması haqda indidən nəsə deməyim düz çıxmaz. “Portadaun” heç də zəif rəqib deyil. Xüsusən əks-hücumlarda çox təhlükəli olurlar. Əvvəl rəqib haqda heç nə bilmirdik. Artıq nəyə qadir olduqlarını yaxşı bilirik. Məncə, mərhələ keçmək şansımızı 70 faiz həll etmişik. Buna baxmayaraq, arxayınlaşmaq olmaz. Bilirik ki, millət doğma meydanda bizdən qələbə gözləyir.
- Sizin oyundan əvvəl “Bakı” doğma meydanda hesabda geridə olsa da, sonradan vurduğu qollarla vacib qələbə qazandı. Bu amil sizə necə təsir etdi? Yəqin ki, “Bakı”nın qələbə qazanmasından xəbərdar idiniz.
- Bəli, xəbərimi var idi. Dedilər ki, “Bakı” gözəl futbol oynayaraq qələbə qazandı. Qələbə münasibətilə onları təbrik edirəm.
- Son olaraq nə demək istədiniz?
- Bilirik ki, azarkeşlər Bakıdakı oyundan da bizdən qələbə gözləyirlər. Keçən dəfə bizə yaxşı dəstək oldular. Ancaq tribunalarda müəyyən boşluqlar vardı. Bu dəfə stadionun tam dolmasını gözləyirik. Onlardan yeganə xahişimiz budur.

0
0