Murad Ağakişiyev: Klublarımız yalnız legionerlərlə maraqlanırlar
16.07.2010 - 11:07
“Gəncə” ilə ilkin danışığımız olmuşdu. Bundan sonra klubun hazırlığına qatıldım”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının sabiq futbolçusu Murad Ağakişiyev deyib.
Son mövsümü “Standard”ın heyətində keçirən 25 yaşlı yarımmüdafiəçi müqavilə imzalayacağı gözlənilən “Gəncə”ni tərk etməsinin səbəbini açıqlayıb: “Klub rəhbərliyi ilə maliyyə məsələsində anlaşa bilmədik. Buna görə də komandanı tərk etdim”.
Gələcək planları barədə danışan yarımmüdafiəçi iyulun 19-na qədər əcnəbi klublardan birinin düşərgəsinə yollanacağını vurğulayıb: “Bizim klublara yerli oyunçular lazım deyil. Onlar ancaq əcnəbi futbolçularla maraqlanırlar. Ölkə xaricinə çıxmaq ehtimalım var. İyulun 19-na qədər hansı klubun düşərgəsinə yollanacağım dəqiqləşəcək. Ancaq bu, Türkiyə təmsilçisi deyil”.

0
0