“Çarlton”un hücumçusu Azərbaycana gəlir
16.07.2010 - 11:36
“Qəbələ” növbəti transferini reallaşdırmağa hazırlaşır. Bu barədə apasport.az saytına komandanın baş meneceri Zaur Əzizov məlumat verib. Onun sözlərinə görə, İngiltərənin “Çarlton” klubunun hücumçusu Deon Burtonla müqavilə imzalanacaq.
Əzizov bildirib ki, yamaykalı futbolçu ilə demək olar, əksər detallarda razılıq əldə olunub. Xırda məsələlər qalıb ki, bu da yaxın saatlarda başlayacaq danışıqlar zamanı həllini tapmalıdır: “Əgər razılıq əldə olunsa, Burton axşam saatlarında Bakıya gələcək və onunla birbaşa müqavilə imzalanacaq. Müqavilənin müddəti “1+1” illiyə nəzərdə tutulub”.
32 yaşlı legioner karyerasının əksər hissəsini İngiltərə komandalarında keçirib. Müxtəlif illərdə “Portsmut”, “Kardif Siti”, “Derbi”, “Barnsli”, “Stok Siti”, “Uolsoll”, “Suindon Taun”, “Rotterham Yunayted”, “Şeffild Uensdey” klublarının formasını geyinib. O, son iki ili “Çarlton”da keçirib.
Hücumçu 1997/2009-ci illərdə Yamayka yığmasının heyətində 59 oyun keçirib və 12 qol vurub.

0
0