“Bakı” və “Qarabağ” udur, Azərbaycan İslandiyanı qabaqlayır
16.07.2010 - 11:50
UEFA-nın yeni reytinq cədvəli açıqlanıb. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunlarından sonra sıralamada dəyişikliklər olub. Azərbaycan təmsilçiləri “Bakı” və “Qarabağ”ın əzmkar qələbələri ölkəmizin hesabına daha 0,500 xal gətirib.
Bununla da Azərbaycan klublarının 2010/11 mövsümündə yığdığı xalların sayı 1,125-ə çatıb. Son 5 ilin nəticəsinə əsasən, bu göstərici 5,290-a yüksəlib. Mövsümün startında 39-cu olan, I təsnifat mərhələsindən sonra Sloveniyanı arxada qoyan Azərbaycan daha bir pillə irəliləyib. Budəfəki qələbələr İslandiyanı keçməyimizə səbəb olub. Artıq 37-ci pillədə qərarlaşan Azərbaycan ən yaxın izləyiciləri İslandiya (4,957), Makedoniya (4,832) və Sloveniyadan (4,749) uzaqlaşa bilib.
Lakin 37-ci pillə böyük ehtimalla bizim üçün bu il ən yüksək hədd olacaq. Çünki 36-cı olan Gürcüstan 6,332 və 35-ci yerdə qərarlaşan Moldovanı (6,499) keçmək mümkünsüz görünür. Qonşularımızla aramızda olan fərqi aradan qaldırmaq üçün komandalarımız gürcülərlə müqayisədə 4 qələbə və 1 heç-heçə artıq əldə etməlidir.
Bu isə inandırıcı görünmür. Hər halda, Moldova və Gürcüstan da xal qazanmaqda davam edir. Birincilər bu il bizdən də çox xal yığıblar – 1,250. Təbii ki, komandalarımızdan hər hansı biri sensasiyaya imza atıb qrupa düşsə, daha da irəliləməyimiz mümkündür.

0
0