“İnter” “Sparta” ilə qarşılaşa bilər - YENİLƏNİB
16.07.2010 - 14:43
“İnter” “Sparta” ilə qarşılaşa bilər - YENİLƏNİB
Bu gün Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, ölkəmizi bu turnirdə təmsil edən “İnter” həmin mərhələyə çıxarsa, Çexiyanın ən məşhur klubu “Sparta” ilə görüşəcək.

Düzdür, Praqa təmsilçisi III mərhələyə çıxmasını rəsmiləşdirməsə də, Latviyada “Metallurq”a 3:0 hesabı ilə qalib gələndən sonra evdə üstünlüyünü əldən verəcəyi inandırıcı görünmür. “İnter” isə dəfələrlə ÇL-nin qrup mərhələsində çıxış edən “Sparta”yla görüşmək üçün çətin vəzifəni yerinə yetirməlidir. Çünki gürcü Kaxaber Sxadadzenin baş məşqçisi olduğu komandamız evdə Polşanın “Lex” klubuna uduzub – 0:1. İndi mərhələ keçmək üçün səfərdə iki top fərqi ilə qələbə qazanmaq lazımdır ki, bu da müşkül məsələdir.

Türkiyənin son vitse-çempionu “Fənərbaxça” mübarizəyə III mərhələdən başlayacaq. Püşkü İstanbul klubu üçün düşərli saymaq olar. Hər halda, ÇL-də qrup mərhələsində oynamağa iddialı “Fənərbaxça” İsveçrənin gümüş medalçısı olan “Yanq Boyz” klubuna qalib gəlməyə borcludur.

Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü

1. “Metallurq” (Latviya)/ “Sparta” (Çexiya) cütünün qalibi – “İnter” (Azərbaycan)/ “Lex” (Polşa)


2. “Aktobe” (Qazaxıstan)/ “Olimpi” (Gürcüstan) – “Hapoel” (Təl-Əviv, İsrail)/ “Zelezniçar” (Bosniya və Herseqovina)

3. “Şerif” (Moldova)/ “Dinamo” (Albaniya) – “Dinamo” (Xorvatiya)/ “Koper” (Slovaniya)

4. “Liteks” (Bolqarıstan)/ “Rudar” (Çernoqoriya) – “Birkirkara” (Malta)/ “Jilina” (Slovakiya)

5. “Levadiya” (Estoniya)/ “Debretsen” (Macarıstan) – “Bazel” (İsveçrə)

6. AİK (İsves)/ “Jenes” (Lüksemburq) – “Linfild” (Şimali İrlandiya)/ “Rusenborq” (Norveç)

7. “Partizan” (Serbiya)/ “Pünük” (Ermənistan) – “Ekranas” (Litva) /HİK (Finlandiya)

8. BATE (Belarus)/ “Hafnarfyordur” (İslandiya) – “Kopenhagen” (Danimarka)

9. “Bohemians” (İrlandiya) /TNS (Uels) – “Anderlext” (Belçika)

10. “Omoniya” (Kipr)/ “Renova” (Makedoniya) – “Zalsburq” (Avstriya)/ “Torshavn” (Farer adaları)

11. “Ayaks” (Hollandiya) – PAOK (Yunanıstan)

12. “Dinamo” (Kiyev, Ukrayna) – “Gent” (Belçika)

13. “Yanq Boyz” (İsveçrə) – “Fənərbaxça” (Türkiyə)

14. “Braqa” (Portuqaliya) – “Seltik” (Şotlandiya)

15. “Unireya” (Rumıniya) – “Zenit” (Rusiya)

Qeyd edək ki, III mərhələnin oyunları iyulun 27-28-də və avqustun 3-4-də keçiriləcək.