“Jaba, Epalle və Karqbo bizə ciddi problemlər yaşatdı”
16.07.2010 - 12:07
“Jaba, Epalle və Karqbo bizə ciddi problemlər yaşatdı”
“Biz sübut etdik ki, “Bakı”ya qarşı oynaya bilərik. Nəyə qadir olduğumuzu göstərdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Çernoqoriyanın “Buduçnost” klubunun futbolçusu Fatoş Beçiray deyib.

Avropa Liqasının II təsnifat mərhələsinin “Bakı” ilə ilk oyununda hesabı açan hücumçu matç haqda fikirlərini açıqlayıb: “Jaba, Epalle və Karqbo bizə ciddi problemlər yaşatdı. Lakin biz meydanda düzgün mövqelərə paylaşaraq onların hücumlarının qarşısını alırdıq. Qolları da fasilədən sonra, öz səhvlərimizdən buraxdıq. Cavab oyununa yaxşı hazırlaşıb istədiyimiz nəticəni qazanmağa çalışacağıq”.

Qeyd edək ki, Fatoşun hesabı açdığı oyunda bakılılar 2:1 hesablı qələbə qazanıb. Təmsilçimizin qələbə topunu isə Beçirayın təriflədiyi braziliyalı hücumçu Jaba vurub.