Bəhruz Şirəliyev: Onu heç bir kluba buraxmayacağıq
16.07.2010 - 12:14
“Vüsal Hüseynov hazırda komandanın düşərgəsində deyil. Harada olduğunu da bilmirik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Muğan” klubunun vitse-prezidenti Bəhruz Şirəliyev deyib.
Son vaxtlar “Gəncə”yə keçəcəyi gözlənilən Vüsal Hüseynov hazırda “Muğan”ın düşərgəsində deyil. Klub rəsmisi bunun futbolçunun zədəli olması ilə bağlı olduğunu bildirib: “Vüsal bizə yaxınlaşıb ayağında problemlər olduğunu və Türkiyəyə getmək istəmədiyini bildirdi. Biz də bunu nəzərə alıb onun istəyinə qarşı çıxmadıq”.
Ancaq vitse-prezident istənilən halda yarımmüdafiəçini komandada saxlayacağını və heç bir kluba güzəştə getməyəcəklərini vurğulayıb: “Onun bizimlə müqaviləsi var. Buna görə də Vüsalı heç bir kluba buraxmayacağıq”.
Qeyd edək ki, “Muğan” təlim-məşq toplanışı keçirmək üçün iyulun 15-də Türkiyəyə yola düşüb. Salyan təmsilçisi qardaş ölkədə təxminən 10 gün qalacaq və 3-4 yoxlama oyununda gücünü sınayacaq.

0
0