Mirça Rednik: “Xəzər-Lənkəran” mənə yaxşı pul təklif etdi
16.07.2010 - 12:21
Mirça Rednik: “Xəzər-Lənkəran” mənə yaxşı pul təklif etdi
“Xəzər-Lənkəran” klubunun yeni baş məşqçisi Mirça Rednik təyinatına münasibət bildirib. Apasport.az saytının məlumatına görə, rumıniyalı mütəxəssis Azərbaycanda çalışmaq təklifini tərəddüdlə qarşıladığını etiraf edib.

48 yaşlı çalışdırıcı Rumıniya mətbuatına verdiyi qısa açıqlamasında son qərarına belə izah verib: “Bu təklifin peşəkar tərəfi məni qane etmirdi. Ancaq maddi münasibətdə bunu deyə bilmərəm. Mənə yaxşı pul təklif olunub”.

Qeyd edək ki, rumıniyalı həmkarlarımız “Xəzər-Lənkəran”ın yeni baş məşqçisinin bağladığı iki illik müqavilə ilə alacaq pulu da açıqlayıb. Onların iddiasına görə, bu ildə təxminən yarım milyon avrodur.