“Hamı mənim necə cərimə zərbəsi vurduğumu çox yaxşı bilir”
16.07.2010 - 13:40
“Qol epizodunadək yerinə yetirdiyim iki cərimə zərbəsi qapıdan xeyli aralı keçdi. Ancaq hamı mənim necə cərimə zərbəsi vurduğumu çox yaxşı bilir. Sağ olsun komanda yoldaşlarım, mənə inandılar və son dəqiqədə cərimə zərbəsini yerinə yetirməyimə imkan yaratdılar”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun braziliyalı legioneri Jaba deyib.
Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində Respublika stadionunda “Buduşnost” (Çernoqoriyanın) üzərində qazanılan qələbənin əsas memarlardan olan bəstəboy hücumçu oyun haqda fikirlərini bildirib: “Komanda olaraq, oyuna köklənmişdik. Qələbə qazanmaqdan başqa bir şey fikirləşmirdik. Həmişə oynadığım komandalarda əlimdən gələni etməyə çalışmışam. “Buduçnost”la matçda da var gücümlə mübarizə apardım. Söz verirəm, bu mövsüm daha çox qol vuracağam”.
29 yaşlı futbolçu komandasının ilk görüşdə qələbə qazanmasına baxmayaraq, cavab qarşılaşmasının çətin keçəcəyini qeyd edib: “İlk oyunda olduğu kimi, səfər qarşılaşmasında da var gücümüzlə mübarizə aparacağıq. Çətin oyun olacaq. Rəqib əks-hücumlarda təhlükəli olur. Məncə, ilk görüşdəki kimi, oyuna köklənsək qələbə qazanan tərəf biz olacağıq”.

0
0