Adrian Kristea - “Xəzər-Lənkəran” üçün universal yarımmüdafiəçi
16.07.2010 - 14:13
“Xəzər-Lənkəran” klubunun yeni baş məşqçisi Mirça Rednik ilk transferini reallaşdırmağa yaxındır. Apasport.az saytının məlumatına görə, 48 yaşlı mütəxəssisin komandaya cəlb etmək istədiyi ilk futbolçu həmyerlisi Adrian Kristeadır.
Rumıniya milli komandasının üzvü olan 27 yaşlı yarımmüdafiəçi Rednikə yaxşı tanışdır. 2004-cü ildən Buxarest “Dinamo”sunda çıxış edən Adrian 2006/07 və 2008/09 mövsümlərində də bu mütəxəssisin rəhbərliyi altında oynayıb. Üç il əvvəl onlar birlikdə Rumıniya çempionu olublar.
Karyerasını “Politexnika”da (İaşi) başlayan Kristea 2002-04-cü illərdə bu komandada oynayıb. Sonra paytaxt klubuna keçən yarımmüdafiəçi indiyədək legioner həyatı yaşamayıb. Güclülər dəstəsində 149 matça 21 qol vuran Adrian 2004/05 mövsümündə ölkə kuboku və Superkubokunu da qazanıb.
Ölkəsinin 21 yaşadək futbolçulardan ibarət yığmasında 7 oyuna çıxan yarımmüdafiəçi əsas millidə 8 matça çıxıb. O, 2007-ci ildə 5, 2008-də 1, ötən il isə 2 dəfə yığmanın heyətində meydana çıxıb. Çempionlar Liqasında 2 matç keçirən Adrian UEFA kuboku və Avropa Liqasında üst-üstə 25 qarşılaşmada 3 dəfə fərqlənib.
Qeyd edək ki, universallığı ilə seçilən yarımmüdafiəçi orta sahənin hər iki cinahında da, mərkəzində də oynaya bilir.

0
0