Vinfred Şafer 26-cı yerdə
16.07.2010 - 15:04
Avropa Liqasının II təsnifat mərhələsi Vinfred Şaferin Azərbaycan klubunda qitə miqyaslı turnirlərdə debütü ilə əlamətdar oldu. Apasport.az saytının məlumatına görə, “Bakı”nın almaniyalı baş məşqçisi komandalarımızı Avropa səhnəsinə çıxaran 26-cı məşqçi kimi tarixə düşdü. İndiyədək yalnız 25 çalışdırıcı təmsilçilərimizin qitə kuboklarındakı çıxışlarında iş başında olmuşdu.
Bu 25 mütəxəssisdən yalnız səkkizi əcnəbi idi. Şafer buna nail olan 9-cu gəlmə məşqçi oldu. Avrokuboklardakı ilk almaniyalı məşqçimiz Ukraynanın 4, Türkiyənin 2, Makedoniya və Gürcüstanın 1 təmsilçisi olduğu siyahıya daxil oldu. Eyni zamanda Almaniya bu ölkələr siyahısına 5-ci kimi düşdü.
Vüqar XEYRULLAYEV

0
0