Çernoqoriyalılar növbəti mərhələyə çıxa bilmədi
21.07.2010 - 08:51
Çernoqoriyalılar növbəti mərhələyə çıxa bilmədi
Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, III təsnifat mərhələsinə vəsiqə qazanan ilk 6 “xoşbəxt”in adı məlum olub. Ümumilikdə ciddi bir sensasiya qeydə alınmasa da ilk matçda rəqibini darmadağın edən “Austriya”nın formal xarakterli cavab oyununda uduzması gözlənilməz olub. Öz meydanında farerliləri 5 cavabsız qol vuran Zalsburq təmsilçisi “Torshavn”a 0:1 hesabı ilə uduzub. Zaqreb “Dinamo”su isə öz meydanındakı 5:1-lik qələbəni Sloveniyada çətinliklə qoruyub. “Koper” gözlənilmədən qonaqların qapısına 3 qol vurub. Səfərdə Bolqarıstan “Liteks”inə minimal hesabla uduzan Çernoqoriya çempionu “Rudar” isə öz meydanında darmadağına üzülüb – 0:4. Baş tutan 6 qarşılaşmadan 3-də böyük hesablı nəticənin qeydə alınması da diqqət çəkir.

“Renova” (Makedoniya) – “Omoniya” (Kipr) – 0:2 (ilk oyun – 0:3)
Aloneftis, 15, Leandro, 24

“Dinamo” (Tirana, Albaniya) – “Şerif” (Moldova) – 1:0 (ilk oyun – 1:3)
Vila, 19

“Torshavn” (Farer adaları) – “Austriya” (Zalsburq, Avstriya) – 1:0 (ilk oyun – 0:5)
Samuelson, 73

TNS (Uels) – “Bohemians” (İrlandiya) – 4:0 (ilk oyun – 0:1)
Cons, 7, Uilyams, 14, 74, Şarp, 21

“Koper” (Sloveniya) – “Dinamo” (Zaqreb, Xorvatiya) – 3:0 (ilk oyun – 1:5)
Handanoviç, 11, Quberats, 54, Brulç, 79

“Rudar” (Çernoqoriya) – “Liteks” (Bolqarıstan) – 0:4 (ilk oyun – 0:1)
Niflore, 28, Zelenkoviç, 39, Bratu, 74, 90

Qeyd edək ki, II təsnifat mərhələsinə bu gün yekun vurulacaq.