“Neftçi” Türkiyə Superliqasının debütantına qarşı
21.07.2010 - 09:58
“Neftçi” Türkiyə Superliqasının debütantına qarşı
Bakının “Neftçi” klubunun Türkiyə toplanışındakı üçüncü rəqibinin adı və keçirəcəyi görüşlərin tarixi dəqiqləşib. Apasport.az saytının məlumatına görə, hazırda Türkiyədə təlim-məşq toplanışında olan paytaxt təmsilçisi “Orduspor” və “Qaziantep Böyükşehir Bələdiyyəspor”la bərabər, “Karabükspor”la da yoxlama görüşündə gücünü sınayacaq.

“Ağ-qaralar” qardaş ölkədə ilk matçına sabah çıxacaqlar. Komandamız Anatoli Ponomaryovun forma geyindiyi “Orduspor”la qarşılaşacaq. Bundan 3 gün sonra “Neftçi” 2009/10 mövsümünün yekunlarına əsasən, Türkiyə Superliqasına yüksələn "Karabükspor" klubu ilə qüvvəsini sınayacaq. İyulun 28-də isə rəqib "Qaziantep Böyükşehir Bələdiyyəspor" olacaq.

Qeyd edək ki, "Neftçi" Türkiyədəki təlim-məşq toplanışını iyulun 29-da başa vuracaq.