2 ölkənin milli komandasında oynamış futbolçu “Fənərbaxça”da
21.07.2010 - 10:11
2 ölkənin milli komandasında oynamış futbolçu “Fənərbaxça”da
Yeni mövsümə hazırlaşan “Fənərbaxça” növbəti transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, İstanbul klubu “Nansi”nin 23 yaşlı futbolçusu İssiar Dia ilə 4 illik müqavilə imzalayıb.

Fransanın gənclər yığmasında oynayan və sonra doğma vətəni Seneqal yığmasını seçən yarımmüdafiəçi “Fənərbaxça”ya 6 milyon avroya başa gəlib.

Qeyd edək ki, Dianı “Ştutqart”, “Volfsburq” və “Monako” da transfer etmək arzusunda olsalar da, futbolçu sonda Türkiyəni seçib.