“Lex”in qapıçısı: Müdafiəni unutmamalıyıq!
21.07.2010 - 10:20
“Lex”in qapıçısı: Müdafiəni unutmamalıyıq!
“İlk oyun heç vaxt ideal səviyyədə olmur. Yaxşı başa düşürük ki, Bakıdakı oyun bizi heç də ruhlandırmır. Lakin əsas odur ki, qol buraxmadan qalib gəldik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Polşanın “Lex” klubunun qapıçısı Krşiştof Kotorovski deyib.

O, Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu ərəfəsində Bakının “İnter” klubu ilə qarşılaşma haqqında fikirlərini açıqlayıb: “Poznandakı görüşdə erkən qol vurub cütün taleyinə aydınlıq gətirmək fikrindəyik. Bunun alınıb-alınmayacağını isə oyun göstərəcək. Təbii ki, ilk görüşdəki 1:0 hesablı qələbə pis deyil. Lakin bununla iş bitmir. Ehtiyatlı olub, müdafiəni də unutmamalıyıq”.

Qeyd edək ki, cavab matçı bu gün keçirəcək “İnter” və “Lex” arasındakı ilk qarşılaşmada polşalılar 1:0 hesabı ilə qalib gəlib.