10 futbolçumuz Hollandiyada oynayacaq
21.07.2010 - 10:38
10 futbolçumuz Hollandiyada oynayacaq
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası beynəlxalq turnirə dəvət alıb. Apasport.az saytının məlumatına görə, Emil Cabbarovun yetirmələri Hollandiyada keçiriləcək yarışda qüvvəsini sınayacaqlar.

Komandamız iyulun 22-dən 26-dək Den Haaq şəhərində təşkil olunan “Crocs Challenge Cup” turnirində iştirak edəcək. Cabbarov “zanbaqlar ölkəsi”nə 10 futbolçu ilə yollanacaq: Bunlar Müslüm Hüseynov, İlham Əzizzadə, Elvin Quliyev, Hikmət Bağırov, Emin Kürdov, Renat Sultanov, Asif Zeynalov, Elnur Əhmədov, Zeynal Zeynalov və Vaqif Şirinbəyovdur.

Mənbə: affa.az