“Qarabağ” III mərhələdə! “Bakı” avrokuboklarla vidalaşdı
23.07.2010 - 00:50
Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, qitənin ikinci dərəcəli klub turnirində çıxışını davam etdirən Azərbaycan təmsilçiləri cavab qarşılaşmalarına çıxıblar.
Qarşılaşmanın startından bir neçə saat əvvələdək “Bakı”nın evdə, “Qarabağ”ın isə səfərdə qazandığı 2:1 hesablı qələbəni əldən verməmək üçün uduzmamalı olduğunu düşünmək olardı. Lakin paytaxt təmsilçisinin Çernoqoriya təmsilçisi “Buduçnost”la ilk oyunda yol verdiyi qeyri-peşəkarlıq Azərbaycan kubokunun qalibinə baha başa gəlib. Cəzalı futbolçunun xidmətindən yararlandığı üçün neçə gündür UEFA-nın qərarını gözləyən bakılılar matçın başlamasına təxminən 8 saat qalmış qurumdan xəbər alıb.
UEFA “Bakı”nı 0:3 hesablı məğlubiyyətə layiq görərək, onları çətin vəzifə qarşısında qoyub. Vinfred Şaferin yetirmələri öz meydanlarında çətinliklə məğlub etdiyi rəqibi səfərdə darmadağın etməli idi. Bakılılar artıq oyunun ilk 45 dəqiqəsində iki qol vurmaqla qeyri-mümkünü reallığa çevirmək iqtidarında olduğunu göstəriblər. Lakin ikinci yarının ortalarında meydan sahiblrinin fərqi minimuma endirməsi “Bakı”nı “seytnot”a salıb. Bundan sonrakı 26 dəqiqəyə daha 2 qol vurmalı olan qonaqlar bu vəzifənin öhdəsindən gələ bilməyiblər. Bununla da paytaxtın eyni adlı təmsilçisi Avropa Liqasındakı çıxışlarını dayandırıb.
Növbəti mərhələ şansı möcüzədən asılı olan “Bakı”dan fərqli, “Qarabağ” III təsnifat mərhələsinə çıxıb. Şimali İrlandiyanın “Portadaun” klubunu Böyük Britaniyada məğlub edən ağdamlılar bu dəfə heç-heçə ilə kifayətlənib. Əsasən həvəskarlardan təşkil olunan “Portadaun” matçın 71-ci dəqiqəsində hesabı açsa da, “Qarabağ” məğlubiyyətdən canını qurtarıb.
21:00. “QARABAĞ” (AĞDAM, AZƏRBAYCAN) – “PORTADAUN” (ŞİMALİ İRLANDİYA) - 1:1
QOLLAR: Əfran İsmayılov, 83 - Kevin Braniff, 71
Baş hakim: İqor Pristovnik
Baş hakimin köməkçiləri: Sinişa Premuzay, Boşko Vukuşiç
Dördüncü hakim: Vlado Svilokos
(Hakimlər briqadası Xorvatiyadandır)
Hakim-inspektor: Oğuz Sarvan (Türkiyə)
UEFA nümayəndəsi: Robert Sterk (Belçika)
İlk oyun – 2:1
QARABAĞ: 1. Fərhad Vəliyev (k), 5. Maksim Medvedev, 6. Rəşad Sadiqov, 9. Elvin Məmmədov (17. Vüqar Nadirov, 62), 11. Rauf Əliyev (8. Aslan Kərimov, 76), 13. Samir Abbasov, 14. Rəşad Sadıqov, 22. Əfran İsmayılov, 24. Admir Teli, 25. Ansi Aqolli, 77. Georgi Adamiya
PORTADAUN: 1. David Miskelli, 2. Şon Makle (20. Kristofer Kolleman, 90), 3. Ross Redman, 4. Keyt O’Hara (k), 5. Kristofer Ramsey, 7. Uesli Boyl, 8. Riçard Klark (19. David Makkulok, 86) , 10. Kevin Braniff, 11. Timoti Maunsi, 12. Alan Teqqart (15. Aaron Heyr, 70), 22. Neyl Makkaferti
SARI VƏRƏQƏLƏR: Kristofer Ramsey, 37, Keyt O’Hara , 90
-----------
00:00. “BUDUÇNOST” (ÇERNOQORİYA) – “BAKI” (AZƏRBAYCAN) - 1:2
QOLLAR: Nenad Brnoviç, 64 - Aleksandar Şoliç, 28, Jaba, 42
Baş hakim: Dimitrios Kalopoulos
Baş hakimin köməkçiləri: Dimitrios Saraidaris, Grigorios Panou
Dördüncü hakim: Anastasios Sidiropoulos
(Hakimlər briqadası Yunanıstandandır)
Hakim-inspektor: Milovan Nikoliç (Sloveniya)
UEFA nümayəndəsi: Jan-Fransua Kruk (Belçika)
İlk oyun – 3:0
BUDUÇNOST: 1. Miloş Draqoyeviç, 2. Corce Dikanoviç, 6. Drajen Aykoviç, 8. Ardian Dyokaj, 14. Petar Vukçeviç, 17. Slobodan Maziç, 22. Yovan Nikoliç (10. Nenad Brnoviç, 46), 23. Abraham Kudemor, 24. İvan Vukoviç (k) (20. Draqan Boşkoviç, 86), 25. Fatoş Beçiray, 31. Qoran adamoviç
BAKI: 23. Xalidu Sissoko, 2. Saşa Kaykut, 4. Vadim Borets (25. Anqulo Cefferson, 84), 6. Dare Nibombe, 8. Ernad Skuliç (12. Vyaçeslav Safroni, 75), 15. Cəmşid Məhərrəmov (k), 20. Fabio Luis Ramim (7. Mahmud Qurbanov, 62), 30. İbrahim Karqbo, 32. Aleksey Savinov, 77. Aleksandar Şoliç, 85. Jaba
SARI VƏRƏQƏLƏR: Abraham Kudemor, 12, Corce Dikanoviç, 31, Vadim Borets, 70, Nenad Brnoviç, 74
Oyunun başlanmasına az qalsa da, Podqoritsadakı stadionun tribunalarının boş olması diqqət çəkir. 12 min azarkeş tutumuna malik arenada cəmi 1000-1500 azarkeş yer alıb. Bu da azarkeşlərin meydan sahiblərinin oyununu boykot etməsi ilə bağlı fikirləri bir daha təsdiqləyir. Hərçənd Çernoqororiyanın vitse-çempionununu UEFA-nın məlum qərarından, yəmi komandamıza 0:3 hesablı texniki məğlubiyyətdən sonra dəstəkləyənlər çox olmalı idi. Axı rəqib növbəti mərhələyə çıxmaq üçün gözəl şans əldə edib.

0
0