“Neftçi” türk klubunu 4 qolla keçdi - YENİLƏNİB
22.07.2010 - 20:13
“Neftçi” türk klubunu 4 qolla keçdi - YENİLƏNİB
Türkiyədə təlim-məşq toplanışında olan “Neftçi” bu gün ilk yoxlama matçında qüvvəsini sınayıb. Apasport.az saytının xəbərinə görə, paytaxt təmsilçisi ilk sınaq oyununda I liqa təmsilçisi, Azərbaycan yığmasının da formasını geyinmiş Anatoli Ponomaryovun şərəfini qoruduğu “Orduspor”la qarşılaşıb.

“ORDUSPOR” (TÜRKİYƏ) – “NEFTÇİ” (AZƏRBAYCAN) - 0:4

ORDUSPOR: Fevzi, Cerri, Kürşat, Taner, Selcuk, Müslüm, Volkan, Sinan, Abdullah, Ahmet Kuru, Ahmet Güvən.

NEFTÇİ: Rauf Mehdiyev, Alessandro Viana da Silva, İqor Mitreski, Ruslan Abışov, Rail Məlikov, Denis Silva, Slavko Georgievski, Mirhüseyn Seyidov, Rəşad Abdullayev, Cavid Hüseynov, Bahodir Nasimov.

9-cu dəqiqədə "Neftçi" hesabı açdı. Mirhüseyn Seyidovun yerinə yetirdiyi cərimə zərbəsindən sonra topu qəbul edən Slavko Georgievski onu cərimə meydançasında olan Bahodir Nasimova ötürdü. Özbək hücumçu 2 metr məsafədən şansını qaçırmadı - 0:1.

37-ci dəqiqədə çoxgedişli ötürmələrdən sonra Rəşad Abdullayev qüvvətli zərbə ilə hesabı artırdı - 0:2

47-ci dəqiqədə müdafiəçi Cerri cərimə meydançasında Nasimovu yıxdı. Penalti nöqtəsini göstərən baş hakim son ümid foluna görə rəqib futbolçunu qırmızı vərəqə ilə cəzalandırdı.

Rəşad Abdullayev penalti zərbəsi ilə toru silkələdi - 0:3

55-ci dəqiqədə Flavinyo-Alessandro-Georgievski kombinasiyasını sonuncu dəqiq tamamladı - 0:4.

Oyun bakılıların 4:0 hesablı qələbəsi ilə başa çatdı.