Mahmud Qurbanov: Bu, elə həmin Podqoritsadır
22.07.2010 - 15:15
“Yeddi ildən sonra yenidən Podqoritsadayam. O vaxtkı matçla bağlı xoş xatirələrim qalıb”. Bu sözləri apasport.az saytının Çernoqoriyaya ezam olunmuş müxbirinə açıqlamasında “Bakı”nın futbolçusu Mahmud Qurbanov deyib.
37 yaşlı yarımmüdafiəçi Avropa Liqasının II təsnifat mərhələsinin Çernoqoriyanın “Buduçnost” klubu ilə cavab oyunu ərəfəsində 2003-cü ildə baş tutan bir oyunu xatırlayıb. Avro-2004-ün seçmə mərhələsində Serbiya və Çernoqoriya yığması ilə heç-heçə edən (2:2) Azərbaycan milli komandasının artıq sabiq oyunçusu həmin görüşü unutmayıb: “Düzdür, həmin vaxt matç başqa stadionda keçirilirdi. Amma şəhər elə həmin şəhərdir. O vaxt biz çox uğurlu nəticəyə imza atmışdıq. Ümid edirəm ki, indi də bunu bacaracağıq. Ehtiyac olarsa, mən də meydana çıxıb, komandama bacardığım köməyi edəcəyəm. Lakin istənilən halda, vacib olanı komandamızın uğurudur”.
Qeyd edək ki, Qurbanov 2003-cü ildə Podqoritsada oynayan heyətin yeganə üzvüdür ki, 7 ildən sonra yenidən Çernoqoriyaya yollanıb.

0
0