Mirça Rednik Lənkəranda sürprizlə qarşılaşdı
22.07.2010 - 16:00
“Xəzər-Lənkəran”ın yeni baş məşqçisi Mirça Rednik sürprizlə qarşılaşıb. Apasport.az saytının məlumatına görə, Lənkərana gedən rumıniyalı mütəxəssisin avtomobili gecə yarısı şəhərin girəcəyində saxlanılıb. Belə ki, Redniki qarşılamaq qərarına gələn 150-yə yaxın azarkeş onun pişvazına çıxıblar.
Gözlənilməz, lakin xoş sürprizlə qarşılaşan 48 yaşlı mütəxəssisi maşından enərək onu əhatəyə alan azarkeş qrupu ilə söhbət edib. Onun sayəsində komandanın qələbəyə doğru irəliləyəcəyinə inandıqlarını vurğulayan fanatlar Rednikə uğurlar arzulayıblar.
Rumıniyalı mütəxəssis isə öz növbəsində əminliklə bəyan edib ki, azarkeşlərin ümidlərini doğruldacaq. Sonra avtomobilinə minən baş məşqçi otelə qədər qalan yolu azarkeşlərin təxminən 20 maşından ibarət karvanının müşayiəti ilə qət edib.
Komandanın bazasına gələn Rednik gördüyündən heyran olduğunu bildirdi: “Belə yüksək şəraitə malik olub çempion olmamaq yaxşı hal deyil”.
Onun sözlərinə görə, əslində komandanın bazası onun gözlədiyindən də möhtəşəmdir.
Rednik evinə zəng vuraraq, azarkeşlərlə görüşündən qalan xoş hissləri və klubun bazasını görəndən sonra yaranmış xoş təəssüratları ilə həyat yoldaşı ilə bölüşüb.

0
0