Rumıniyalılar “Xəzər-Lənkəran”a qiymət “oxudu”
22.07.2010 - 16:46
Rumıniyalılar “Xəzər-Lənkəran”a qiymət “oxudu”
“Xəzər-Lənkəran”ın baş məşqçisi Mirça Rednikin transfer etmək istədiyi futbolçuların transfer qiymətləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, 48 yaşlı mütəxəssisin komandasında görmək istədiyi Osman N’Doye və Adrian Kristeanın cənub təmsilçisinə keçidi artıq mümkünsüz deyil.

Belə ki, hər iki futbolçusunun Azərbaycana “köçməsi”nə qəti şəkildə etiraz edən Rumıniyanın “Dinamo” klubu bu fikrindən daşınıb. Həmin ölkədən olan həmkarlarımızın iddiasına görə, Buxarest təmsilçisi Osmanın transferi üçün 800 min ABŞ dolları tələb edir. Adrianın keçidi isə daha bahadır. Onun üçün 2 milyon dollar istəyirlər.