“Buduçnost” qələbəsindən xəbərdar oldu
22.07.2010 - 20:47
“Buduçnost” qələbəsindən xəbərdar oldu
Avropa Liqasının II təsnifat mərhələsinin “Bakı” ilə ilk oyununda texniki qələbə qazanan Çernoqoriyanın “Buduçnost” klubunun futbolçuları bu, özləri üçün şad xəbəri az əvvəl biliblər. Apasport.az saytının Çernoqoriyaya ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, onlar cavab oyunundan az əvvəl azərbaycanlı jurnalistlərin məskunlaşdığı “Çrna Qora” ortelinə baş çəkiblər.

Əsas məqsədi nahar etmək olan çernoqoriyalılar internetə daxil olan kimi bu gözlənilməz, sevindirici xəbərlə tanış olublar. “Buduçnost”un futbolçuları sevindiklərindən bir-birini növbəti mərhələyə çıxmaq münasibətilə təbrik də ediblər.

Oteli yüksək əhval-ruhiyyədə tərk edən futbolçular onların qələbəsinin əsas səbəbkarı olan Jorel Epallenin personasını da müzakirə ediblər. Bu futbolçunun Almaniyanın “Bohum” klubundan transfer olunması onların söhbətlərinin əsas mövzusu olub.

Qeyd edək ki, Bakıda “Buduçnost”u 2:1 hesabı ilə məğlub edən təmsilçimizə texniki məğlubiyyətin veriləcəyi bir neçə gündür müzakirə mövzusu idi. Lakin çernoqoriyalılar bugünə kimi bundan xəbərsiz imiş.