“Bakı”nın taleyini yaşayan tapıldı
22.07.2010 - 21:16
“Bakı”nın taleyini yaşayan tapıldı
Bu gün UEFA-nın İntizam Komitəsnin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, qurum Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunlarından ikisinin nəticəsini ləğv edib. Çernoqoriya təmsilçisi “Buduçnost” üzərində 2:1 hesablı qələbəsi “əldən gedən” Azərbaycan kubokunun qalibi “Bakı” ilə yanaşı daha bir komanda UEFA-nın qəzəbinə tuş gəlib.


Bu, yoxlama oyunlarında dəfələrlə klublarımızın sınaqçı rəqibi olmuş “Atırau”dur. Qazaxıstan təmsilçisinin Macarıstanın “Qyor ETO” ilə öz meydanında keçirdiyi matçın nəticəsi də ləğv olunub. Həmin görüşdə qonaqlar 2:0 hesabı ilə qalib gəlsə də, qazaxıstanlılara daha ağır – 0:3 hesablı məğlubiyyət verilib.

“Atırau”da “Bakı” kimi cəzalı futbolçunun xidmətindən yararlanmasının güdazına gedib. Təmsilçimiz Joel Epallenin, qazaxıstanlılar isə Qradimir Çrnoqoratsın əvvəllər aldığı qırmızı vərəqənin “qurban”ı olublar. Komandalar ki, futbolçuların da cəzası eyni olub. Hər iki oyunçu bundan sonra daha 2 matçı buraxacaq.

UEFA hər iki komandaya Apellayasiya komitəsinə müraciət etmək üçün 3 gün möhlət verib. Lakin səhvləri aşkar olan klublar çətin ki, ora müraciət etsinlər.

“Atırau”dan fərqli “Bakı” 3 min avro məbləğində cərimələnib ki, bu cəza da azarkeşlərin Tofiq Bəhramov adına Respublika stadionundakı hərəkətlərinə görə verilib..