Qurban Qurbanov: Qol buraxdıqdan sonra özümüzü itirmədik
22.07.2010 - 22:33
Qurban Qurbanov: Qol buraxdıqdan sonra özümüzü itirmədik
“Cavab oyunu ağır alındı. Bunun səbəbi səfərdə keçirdiyimiz ilk qarşılaşmada qələbə qazanmağımız idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

38 yaşlı mütəxəssis Avropa Liqasının II təsnifat mərhələsinin Şimali İrlandiya təmsilçisi “Portadaun”la cavab oyunu ilə bağlı fikirlərini açıqlayıb. O, matçdan sonra təşkil olunan mətbuat konfransında yetirmələrindən müəyyən mənada narazı qaldığını bildirib: “Çalışırdıq ki, futbolçularımızda arxayınlaşma olmasın. Lakin yetirmələrimdə müəyyən qədər arxayınlıq var idi. Bunun da nəticəsi idi ki, rəqib hesabı da açdı. Lakin bu qoldan sonra özümüzü itirib, təlaşa düşmədik. Öz oyunumuzu oynayıb, hesabda tarazlıq yarada bildik”.

Qeyd edək ki, öz meydanında 1:1 hesablı heç-heçə ilə kifayətlənən “Qarabağ” ötən həftə səfərdə əldə etdiyi 2:1-lik qələbə sayəsində III təsnifat mərhələsinə yüksəlib.