Rauf Əliyev: “Visla” klubunu da məğlub etmək istəyirik
23.07.2010 - 01:19
“Çətin oyun oldu. Hesabda geri düşməyimiz psixoloji cəhətdən bizə mənfi təsir etdi. Növbəti mərhələyə vəsiqə qazanmaya bilərdik”. Bu sözləri apasport.az saytına açıqlamasında Ağdamın “Qarabağ” klubunun futbolçusu Rauf Əliyev deyib.
Avropa Liqasının II təsnifat mərhələsində Şimali İrlandiyanın “Portadaun” jkubu ilə görüşərək britaniyalıları mübarizədən kənarlaşdıran ağdamlıların hücumçusu cavab oyunundan sonra fikirlərini açıqlayıb. Əliyev növbəti rəqib olan Polşa təmsilçisi “Visla”ya da eyni aqibəti yaşatmalarını arzulayır: “Yaxşı ki, hər şey bizim istədiyimiz kimi oldu və hesabı bərabərləşdirərək mərhələ adladıq. İndi bütün diqqətimizi bu oyuna yönəltdiyimizdən növbəti mərhələdəki rəqibimiz - “Visla” haqda elə də geniş məlumatımız yoxdur. Artıq daha soyuqqanlı və sakit beyinlə rəqibi təhlil etmək olar. Polşa klubunu da mübarizədən kənarlaşdırıb azarkeşlərimizə sevinc bəxş etmək istəyirik”.

0
0