Vinfred Şafer: Bu, ağılsızlıqdır
23.07.2010 - 01:39
Vinfred Şafer: Bu, ağılsızlıqdır
“Hər iki oyunda 2:1 hesabı ilə qalib gəlib mərhələ keçməmək sadəcə ağılsızlıqdır”. Apasport.az saytının Çernoqoriyaya ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, bu sözləri “Bakı” klubunun baş məşqçisi Vinfred Şafer deyib.

Almaniyalı mütəxəssis Avropa Liqasının II təsnifat mərhələsinin Podqoritdsadakı cavab oyununda “Buduçnost”u 2:1 hesabı ilə məğlub edən yetirmələrindən məmnun qalıb: “Buduçnost”la Çernoqoriyadakı cavab oyununda da yetirmələrimdən tam tazı qaldım. Biz əla, hətta fantastik oynadıq. Buraxdığımız qolda isə hakim işarə etmişdi ki, fit olmadan başlamaq olmaz. Onlar buna məhəl qoymayıb fərqləndilər. Bu rəqibi keçsəydik, növbəti mərhələdə “Brondbü” ilə də oynamaq olardı”..

Şafer Bakıdakı ilk oyunun (2:1) nəticəsinin ləğv olunaraq “Bakı”ya texniki məğlubiyyət verilməsinə münasibət bildirmək istəməyib: “Bu məsələ ilə təşkilati işə baxanlar məşğul olacaq. Mən klubumuzun prezidenti Hafiz Məmmədova təşəkkür edirəm ki, belə çətin vəziyyətdə yanımızda olub bizə dəstək verdi”.