Arif Əsədov: Bu taktika özünü doğrultdu
23.07.2010 - 10:02
"Futbolçularımız taktiki planda etimadı doğrultdular. Onlar verilən tapşırıqları 100 faiz olmasa da, böyük hissəsini yerinə yetirdilər. Ən əsası isə bu gün baxımlı oyun göstərə bildik. Müdafiədən hücuma tez qoşulurduq. Çoxdandır 4 qol vurmurduq. Bu da onu göstərir ki, komandaya səviyyəli hücumçu gələndə, rəqib qapısına doğru həmlələr də məntiqi sonluqla nəticələnir". Apasport.az saytının məlumatına görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Arif Əsədov eyib.
Əsədov "Orduspor" üzərində 4:0 hesablı qələbədə xüsusilə ön xətt oyunçularının əməyini qiymətləndirib: "Bahodir Nasimov ələ düşən fürsətdən yararlandı. Rəşad Abdullayev cinah keçidləri sayəsində inamlı nəzərə çarpdı. Bundan başqa, Flavinyo yol yorğunluğuna baxmayaraq, çox yaxşı təsir bağışladı. "Orduspor" pis komanda deyil, Türkiyə Superliqasına vəsiqə qazanmaq üçün mübarizə aparır. Ümumiyyətlə, türklər mübarizəyə, pressinqə üstünlük verirlər. Oyundan qabaq da futbolçulara bunu demişdim və rəqibi əks-hücumda yaxalamağın vacibliyini söyləmişdim. Bu taktika özünü doğrultdu. Bizim oyun üslubu rəqibə heç bir imkan vermədi".
Qeyd edək ki, Türkiyədə təlim-məşq toplanışında olan “Neftçi” "Orduspor"la yoldaşlıq görüşündə 4:0 hesabı ilə qələbə qazanıb.
Mənbə: www.neftchifc.com

0
0