“Visla”nın futbolçusu “Qarabağ”dan ehtiyatlanır
23.07.2010 - 10:38
“Visla”nın futbolçusu “Qarabağ”dan ehtiyatlanır
“Növbəti rəqibimizin həvəskarlardan ibarət komandanı məğlub etməsini fikirləşməməliyik. Onlar ofisiantları belə məğlub etmələrinə baxmayaraq, çox güclü kollektivə malikdirlər və gözəl oyun nümayiş etdirirlər”. Apasport.az saytının məlumatına görə, bu sözləri Polşanın “Visla” klubunun futbolçusu Rafat Boquski deyib.

Avroliqanın III təsnifat mərhələsində Ağdamın “Qarabağ” klubunun rəqibi olacaq Krakov təmsilçisi Qurban Qurbanovun yetirmələrindən çəkindiklərini etiraf edib: “Səfərdə oyunumuz kifayət qədər çətin keçəcək. Çünki Azərbaycanda havanın hərarəti yüksəkdir. Təxminən 30 dərəcədən yuxarı isti olur”.

Qeyd edək ki, Avroliqanın II təsnifat mərhələsində ilk oyunda Litvanın “Şaulyay” komandasına 2:0 hesabı ilə qalib gələn “Visla” ikinci matçda 5:0 hesabı ilə qələbə qazanıb.