“Azərbaycan çempionatı heç də zəif deyil”
23.07.2010 - 10:55
“Azərbaycan çempionatı heç də zəif deyil”
“Təxminən 20 gündür hazırlığa başlamışıq. Hələ də komandamız istədiyim səviyyədə deyil. Bizimlə müqayisədə, "Neftçi" daha hazırlıqlı görünür”. Apasport.az saytının məlumatına görə, bu sözləri Türkiyənin "Orduspor" klubunun baş məşqçisi Uğur Tütüneker deyib.

Türkiyədə “Neftçi” ilə yoxlama oyunu keçirən Ordu təmsilçisinin çalışdırıcısı qarşılaşma haqda fikirlərini açıqlayıb. O, paytaxt klubunun rəsmi internet saytına açıqlamasında 0:4 hesablı məğlubiyyətin təsadüfi olmadığını bildirib: “Həm də nəzərə almaq lazımdır ki, Azərbaycan çempionatı heç də zəif deyil. Bütün bunlara görə, "Neftçi"yə uduzacağımızı gözləyirdim. Rəqibimiz yaxşı komandadır. Bu klubun kollektiv oyun göstərməsi çox xoşuma gəldi. Heyətdə gənc və istedadlı futbolçular yer alıb. Bir sözlə, bu gün "Neftçi" bizdən tam üstün olduğu üçün lazımi nəticəni qazandı".

Qeyd edək ki, Azərbaycan yığmasının futbolçusu Anatoli ponomaryov da “Orduspor”un şərəfini qoruyur.