“Bakı” və “İnter”in qələbələri Azərbaycana kömək etmədi
23.07.2010 - 11:02
UEFA-nın yeni reytinq cədvəli açıqlanıb. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqası və Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunlarından sonra sıralamada dəyişikliklər qeydə alınıb. Lakin bu yerdəyişmələr Azərbaycanın mövqeyinə təsir etməyib. Təmsilçilərimizdən “Bakı” və “İnter”in səfərdə qələbə qazanması, “Qarabağ”ın öz meydanında heç-heçə etməsi, ölkəmizin hesabına daha 0,625 xal gətirib.
Bununla, klublarımızın 2010/11 mövsümündə yığdığı xalların sayı 1,750-yə çata bilərdi. Lakin nəticə baxımından uğurlu alınan həftə UEFA-nın “Bakı”nın ilk matçdakı qələbəsinin nəticəsini ləğv etməsi ilə də əlamətdar oldu. Bunun nəticəsində də Azərbaycanın bu mövsüm reytinqə əlavə etdiyi xalların sayı 1,500 olub.
Son 5 ilin nəticəsinə əsasən isə bu göstərici 5,665-ə yüksəlib. Mövsümün startında 39-cu olan ölkəmiz startdakı qələbələrlə yüksəldiyi 37-ci pillədəki yerində qalıb. İndi Azərbaycan ən yaxın izləyiciləri olan Sloveniya (5,374) və Makedoniyanı (5,207) az da olsa qabaqlayır. Sloveniyalıların bizim kimi, elə bir komandası mübarizəni davam etdirirsə, makedoniyalıların 2 komandasının qalması onların təhlükə mənbəyi olduğunu göstərir.
Azərbaycandan qabaqda qərarlaşan Gürcüstan və Moldova isə bizim üçün əlçatmaz görünür. Çünki 35-ci olan Gürcüstan (6,832) və 36-cı yerdə qərarlaşan Moldovanı (6,499) keçmək mümkünsüz görünür. Onların müvafiq olaraq 2 və 1 komandası mübarizəni davam etdirirlər.
Qeyd edək ki, Avropa Liqasında çıxış edən “Bakı” Çernoqoriyada “Buduçnost”u 2:1, Çempionlar Liqasındakı təmsilçimiz “İnter” isə Polşada “Lex”i 1:0 hesabı ilə məğlub edib. “Qarabağ” isə Şimali İrlandiya təmsilçisi “Portadaun”la Bakıdakı görüşdə 1:1 hesabı ilə kifayətlənib.

0
0