AZAL heç-heçələri sıralayır - FOTO
23.07.2010 - 11:49
Təlim-məşq toplanışını Türkiyə davam etdirən AZAL növbəti yoxlama oyununda qüvvəsini sınayıb. Apasport.az saytının məlumatına görə, Qızılcahamam istirahət mərkəzində hazırlıq keçən Nazim Süleymanovun yetirmələrinin rəqibi bu dəfə "Giresunspor" olub. Bank Asiya I liqasının təmsilçisi ilə oyun başladığı hesabla da sona çatıb – 0:0.
AZAL növbəti oyununu iyulun 25-də keçirəcək. Rəqibin adına isə sabah aydınlıq gələcək.
Qeyd edək ki, paytaxt komandası Türkiyədəki ilk sınaq matçında “Mersin İdman Yurdu" ilə oyunda da "sülh" bağlamışdı - 1:1.

0
0