“Xəzər-Lənkəran”ın üzvü Belçikadan dəvət alıb - FOTO
23.07.2010 - 13:21
“Xəzər-Lənkəran”ın üzvü Belçikadan dəvət alıb - FOTO
“Xəzər-Lənkəran” klubunun baş həkimi Boris Xetaqurov Beynəlxalq Avropa Federasiyalarının idman travmatologiyası və ortopediyası üzrə VI konqresində (EFOST-2010) iştirak edəcək. Apasport.az saytının məlumatına görə, Azərbaycanın əməkdar həkimi noyabrın 25-27-də Belçikanın paytaxtı Brüsselin “Dolçe La Hotel Hulpe” konfrans zalında təşkil olunacaq tədbirə dəvət olunub.

Təşkilatçılar tanınmış azərbaycanlı mütəxəssisə xüsusi dəvətnamə göndəriblər. Konqresin plenar iclaslarında planetin tanınmış travmotoloq və ortopedləri ilə yanaşı, Ümumdünya Antidopinq Agentliyinin (WADA) mütəxəssisləri iştirak edəcəklər.

Qeyd edək ki, Xetaqurov dəfələrlə FİFA, UEFA, Almaniya, Rusiya, Türkiyə, Bolqarıstan və İtaliya federasiyalarının təşkil etdiyi seminarlara qatılıb.