“Visla” növbəti transferini reallaşdırdı - FOTO
23.07.2010 - 16:29
“Qarabağ”ın Avropa Liqasının III təsnifat mərhələsindəki rəqibi “Visla” növbəti transferini reallaşdırıb. Apasport.az-ın məlumatına görə, Krakov təmsilçisi Cezari Vilki heyətinə qatıb.
24 yaşlı futbolçu Krakov təmsilçisi ilə 4 illik müqaviləyə imza atıb. 1986-cı ildə anadan olan Vilk peşəkar karyerasına “Poloniya”da başlayıb. 2005-ci ilədək “Poloniya”nın şərəfini qoruyan gənc yarımmüdafiəçi sonrakı mövsümü icarə əsasında “Korona Kielce”də keçirib. Burada 74 oyun keçirən Vilk 5 dəfə rəqib qapılarına yol tapıb. 24 yaşlı futbolçunun son klubu “LKS Lodz” olub. Polşa U-21 və U-23 milli komandalarının şərəfini qoruyan Cezari Vilk “Visla”da 28 nömrəli formanı geyinəcək.

0
0