Azərbaycan yığması Çexiya üzərində qələbə qazandı
23.07.2010 - 17:19
Azərbaycan yığması Çexiya üzərində qələbə qazandı
Hollandiyanın Den Haaq şəhərində təşkil olunmuş “Crocs Challenge Cup” turnirində çimərlik futbolu üzrə Azərbaycan yığması bu gün ilk oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Çexiya yığması ilə qarşılaşan futbolçularımız 6:5 hesablı qələbə qazanıblar. Müslüm Hüseynovun het-trik etdiyi oyunda Elvin Quliyev, Zeynal Zeynalov və Hikmət Bağırov hərəyə bir dəfə fərqləniblər.

Qeyd edək ki, iyulun 26-da başa çatacaq yarışda Emil Cabbarovun yetirmələri ilə yanaşı, Hollandiya, Çexiya, Türkiyə, Norveç, Almaniya, İngiltərə və Andorra milli komandaları qüvvələrini sınayırlar.

Mənbə: affa.az