Tağızadə Loferə yollanır
23.07.2010 - 17:30
Tağızadə Loferə yollanır
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması təlim-məşq toplanışı keçirəcək. Apasport.az saytının məlumatına görə, Bernard Lippertin rəhbərlik etdiyi komanda hazırlıqlara iyulun 25-də Avstriyanın Lofer şəhərində başlayacaq.

Baş məşqçi avqustun 8-dək davam edəcək hazırlığa 20 futbolçu çağırıb. Bunlar Andrey Popoviç, Hacı Əhmədov, Nurlan Novruzov, (hamısı “Bakı”), Orxan Sadıxlı, Sadiq Ramazanov, Kazım Kazımlı ( hamısı “Xəzər Lənkəran”), Yasin Yaqubzadə, Eltun Yaqublu, Ruslan Tağızadə, Slavik Alxasov, Malik Babayev, Emin Mehtiyev ( hamısı “Neftçi”), Nail Səfərov, Elgiz Kərəmli, Ayaz Mehtiyev, Kamil Hüseynov (hamısı “Qarabağ”), Elnur Abdulov (“İnter”), Cavid Tağıyev (“Turan”), Abdulla Abatsiyev (FK “Stolitsa”, Rusiya) və Murad Sattarlıdır (FK “Stavropol” Rusiya).

Mənbə: affa.az